Cavid Tağıyev pley-off matçını gözləmədən xaricə istirahətə gedib: "İnciklik yoxdu, sadəcə, II Liqada peşəkarlıq baxımından problemlər var"

“Cəbrayıl” I Liqaya vəsiqə uğrunda "Araz Saatlı"yla pley-off mərhələsində evdəki ilk matçda (2:0) təcrübəli futbolçusu Cavid Tağyevin xidmətindən istifadə edə bilmədi.

Presssport.az xəbər verir ki, buna səbəb 32 yaşlı cinah yarımmüdafiəçinin həmin vaxt nəinki düşərgədə, ümumiyyətlə, Azərbaycanda olmamasıyla bağlı idi.

Komandanın baş məşqçisi Cavid Hüseynov saytımıza açıqlamasında adaşının yoxluğu haqda danışıb: “Cavid Tağıyev istirahət baxımından erkən tərpənmişdi, vaxtından öncə xaricə səyahət üçün bilet almışdı. Bilmirdik ki, pley-offda oynayacağıq, ya yox. Buna görə icazə verdik”.

Maraqlıdı, buna görə futbolçudan incik olmadı?. Hüseynovu dinləyək: "Yox-yox. Düzdü, komandanı biz az çətin vəziyyətə saldı. Bəlkə bu gün meydanda olsaydı, daha fərqli nəticə də əldə edə bilərdik. Deyərdim ki, II Liqada peşəkarlıq baxımından bir az problemlər var. İnşallah, Tağıyev iyunun 15-dəki cavab matçımıza yetişəcək”.

Xatırladaq ki, Cavid qış fasiləsində I Liqa təmsilçisi “İrəvan”dan "Cəbrayıl"a keçib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC