"Qarabağ"ın ilk yay transferi "Ştutqart"ın yetirməsi oldu

Çempionlar Liqasında təmsilçimiz olacaq "Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Presssport.az xəbər verir ki, Ağdam klubu qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib. 

Azərbaycan çempionu ilə Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında 3 illik müqavilə imzalanıb. "Ştutqart"ın yetirməsi olan yeni transfer 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Buntiçin son klubu axır 2 ildə şərəfini qoruduğu Portuqaliya yüksək liqa təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

"Qarabağ"ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC