Türkiyə millisi Avropa çempionatı öncəsi son yoxlama oyununu keçirib.
Presssport.az xəbər verir ki, “ay-ulduzlular” Varşavada Polşa millisi ilə üz-üzə gəlib.
Qardaş ölkənin yığması 1:2 hesabıyla yenilib.
Barış Alper Yılmaz 77-ci dəqiqədə bərabərlik qolunun müəllifi olub.
Xatırladaq ki Türkiyə AVRO-2024-dəki ilk oyununu iyunun 18-də Gürcüstana qarşı keçirəcək. Bundan 4 gün sonra Portuqaliya ilə üz-üzə gələcək “ay-ulduzlular”ın qrupdakı son rəqibi Çexiya (26 iyun) olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC