"Bakıda keçirilək COP29 dövründə millinin Estoniya ilə oyun düşür. Bu məsələni Estoniya Futbol Federasiyasının rəhbərliyi ilə də müzakirə etmişik. Daxildə də müzakirələr gedir. Hazırda konkret qərar yoxdu".
Presssport.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
Məlumdu ki, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim sammitində milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində Estoniya yığmasıyla ev oyunu var. Belə olan halda, görüşü səfərdə keçirəcəyik? Hacıyev oyunların yerini dəyişmək məsələsinin müzakirə olunduğunu gizlətməyib: “Lakin Estoniya tərəfi hava şəraitinə görə bunun onlara uyğun olmadığını bildirdi. UEFA ilə də danışıqlar gedir. COP29 irimiqyaslı tədbirdi. Oyunu Bakıda keçirmək real görünmür”.
Belə vəziyyətdə alternativin nə olması maraq doğurur. AFFA rəsmisi görüşün paytaxtdan kənarda keçirilməsi perspektivinə də toxunub: “Hazırda müxtəlif yöndə danışıqlar gedir. Ola bilər ki, matç Azərbaycanın digər şəhərində keçirilsin. Xüsusi icazə ilə Bakıda və ya yaxın ərazilərdən birində keçirilmək də müzakirə olunur. Hələ ki, danışıqlar davam edir”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC