“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra I Liqa klubarının infrastrukturunun yaxşılaşdırılması üçün assosiasiyanın addımlar atacağını açıqlayıb.
Presssport.az xəbər verir ki, yardım olunacaq klubların bəlli olub-olmaması müzakirə mövzusudu.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də bu məsələnin müzakirə olunduğunu təsdiqləyib: "Lakin detallı olaraq hansı stadionun, infrastrukturun yaxşılaşdırılması, yenidən qurulması dəqiq olaraq müzakirə olunmayıb. Qərar verməzdən əvvəl təhlil aparılmalıdı. Təhlillərin nəticəsi İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. Bunlar maliyyəyə, AFFA-nın büdcəsinə bağlı olan məsələlərdi".
Hacıyev "Xəzər Lənkəran"ın stadionunun milli komandanın oyunu üçün təmir olunması ilə bağlı xəbərlərin nə dərəcədə real olmasına da aydınlıq gətirib: “Biz də bu məlumatı mətbuatdan öyrənmişik. Lakin həqiqəti əks etdirmir. Hazırda belə bir məsələ nəzərdə tutulmayıb”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC