"De Byazinin millimizin Albaniyaya qarşı oyunuyla bağlı fikri müsbət idi"

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millimizin sabiq baş məşqçisi Canni de Byaziylə Macarıstandakı görüşündən danışıb.

Presssport.az xəbər verir ki, bu, Azərbaycan - Albaniya yoldaşlıq görüşündə (1:3) olub.

O, italiyalı mütəxəssislə matça eyni məkandan baxdıqlarını söyləyib: “De Byazini Albaniya Futbol Federasiyası dəvət etmişdi. Qarşılaşmadan əvvəl də, sonra da danışıqlarımız oldu. Oyunla bağlı öz fikrini bildirdi. De Byazi də dedi ki, matçın nəticəsi oyuna görə deyildi. Əlavə etdi ki, son zamanlar çox vaxt belə olurdu. Komandanın oyunu ilə bağlı fikri müsbət idi”. 

Xatırladaq ki, AFFA 67 yaşlı de Byaziylə keçən ilin sonunda başa çatan müqaviləni uzatmayıb. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC