Şahruddin karyerasını harda davam etdirəcək? - özü açıqladı

“İnşallah, daha 1 il ”Adana Dəmirspor"da olacam. Klubumla hələ 1 illik müqaviləm var".

Bu sözləri Presssport.az-a açıqlamasında Türkiyənin "Adana Dəmispor" klubunun üzvü olan millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

Məlumdu ki, Adana təmsilçisinin bir sıra futbolçusu maddi problemlərə görə müqavilələrini pozaraq gedib. Maraqlıdı, “Şah” da bu addımı atmağı düşünür? Üstəlik, 30 yaşlı futbolçunun adı iddialı klublarımız ətrafında halanır - “Qarabağ"a qayıtmaq variantının olduğu, ”Neftçi" və “Sabah”ın da onu istəməsi deyilir: “Bəli, başa düşürəm ki, çox adam mənə klubumuzdakı maddi sıxıntılarlar bağlı suallar verir. Bilirsiniz, ağır vaxtlarda güclü adamlar üzə çıxır. ”Adana Dəmirspor"un futbolçusuyam və yaxın vaxtda Azərbaycana dönmək planımda yoxdu. Düzdü, legioner karyeramda ilk mövsüm onu göstərdi ki, səfərdə yaxşıdı, amma evdə daha yaxşıdı. Türkiyədə ilk ilimdə yaxşı, dolu stadionlar, ağlasığmaz fanatlar, şən çempionat daha çox yadımda qaldı. Onlarda futbol mədəniyyət kimidi. Onu da başa düşdüm ki, Bakıda uzun müddət olandan sonra harasa köçmək çətindi".

Məhəmmədliyev “1 nömrə"si olmağı bacardığı adanalıların heyətində debüt mövsümündə çıxışına belə qiymət verib: ”İlk mövsüm üçün pis deyildi. Bəli, daha yaxşı ola bilərdi. İnşallah, üzərində işləmək üçün şeylər var".

 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC