Polşa millisi üçün AVRO-2024 öncəsi Levandovski şoku

Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyada keçiriləcək Avropa çempionatında ilk oyunu buraxacaq.

Presssport.az xəbər verir ki, bu barədə yığmanın həkimi Yatsek Yaroşevski məlumat verərək təcrübəli hücumçunun iyunun 10-da Türkiyə ilə yoldaşlıq matçında (2:1) zədəsinin yüngül olmadığını açıqlayıb. O, bu üzdən Levandovskinin iyunun 16-da Niderlandla qarşılaşmada meydana çıxmayacağını söyləyib.

Həkim forvardın bud əzələsində problem aşkarlandığını diqqətə çatdırıb və növbəti iki görüşdə meydana çıxması üçün əllərindən gələni edəcəklərini söyləyib.

Onu da bildirək ki, Polşa iyunun 21-də Avstriya, 25-də isə Fransa ilə üz-üzə gələcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC