Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qurban Qurbanovun 20 illik rekordunu yeniləyib.
Presssport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstan yığmasıyla Macarıstandakı yoldaşlıq görüşündə nail olub.
Belə ki, Emin 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetiməsi nəticəsində millidə vurduğu qolların sayını 14-ə çatdırıb. Bununla da o, Qurbanovun 20 illik rekordunu təkrarlayıb. Yeri gəlmişkən, millimizin sabiq kapitanı, sonradan isə Mahmudovun da baş məşqçisi olmuş Qurbanov son dəfə 2004-cü iyunun 6-da Latviya yığmaısyla Riqadakı 2:2 hesabıyla nəticələnən yoldaşlıq görüşündə fərqlənmişdi. O, 1992-2005-ci illərdə millimizin formasını geyinib. Eminsə 2016-cı ildən yığmamızın üzvüdü.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC