Qazaxıstan milli komandasının məşqçisi Ruslan Baltiyev Azərbaycana 2:3 hesabı ilə məğlub olduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirib.
Presssport.az xəbər verir ki, onun fikrincə, bu cür oyun azarkeşlərin xoşuna gələ bilərdi: “Çünki qol epizodları bol idi. İki layiqli rəqib qarşılaşırdı. Belə oyundan sonra Azərbaycanı təbrik edirəm. Düşünmürəm ki, təkcə cərimə zərbəsindən buraxdığımız qola görə uduzduq. Çünki iki qol buraxmışdıq. Sadəcə, konsentrasiya çatışmadı və uduzduq. Məğlubiyyət istənilən halda, xoş deyil. Bu cür oyun yalnız azarkeşlərə xoş ola bilər. Amma məşqçilər üçün çətin oyundu. Səhvlərimizə görə uduzduq".
Baltiyev deyib ki, işləməli və düzəltməli olduqları məsələlər var: "Hər məğlubiyyətdən sonra analizlər etməliyik ki, bəlkə hardasa nəyisə qeyd etməmişik. 0:2-dən sonra hansısa rahatlığımız yox idi. Biz oynamağa davam edirdik. Yoldaşlıq görüşüdür".
Xatırladaq ki, qazaxlar Macarıstandakı matçda hesabda 2:0 irəlidə olsalar da, sonradan 3 qol buraxaraq uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC