Emin Mahmudov: "27 yaşım olanda heç gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm"

Millimizin kapitanı Emin Mahmudov Qazaxıstan yığmasına Macarıstanda 3:2 hesabıyla əzmkar qələbə qazandıqları yoldaşlıq görüşündən sonra brifinq keçirib.

Presssport.az xəbər verir ki. 32 yaşlı yarımmüdafiəçi həm matç, həm də tarixi rekorda şərik olmaları danışıb.

- Oyunumuz hücumda çox yaxşı alındı. Xeyli qol fürsəti yaratdıq. Təəssüf ki, birinci hissədə bunlardan yararlana bilmədik. Müdafiədə səhvlərimiz çox idi. Rəqibin də bir neçə qol şansı oldu. Yaxşı mübarizə apardıq, yaxşı oynadıq və qələbəyə layiq idik.

- Millidə qol sayında Qurban Qurbanova çatdın. Təəssüratların necədir?

- Çox sevindim. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm ki, mənə qol vurmağa kömək edirlər. 27 yaşım olanda heç gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm. Çünki az oynayırdım. Sonradan qollar gəldi. Gələcəkdə daha çox qol vurub milliyə kömək etməyə çalışacam.

- Qurban Qurbanov səni təbrik etdi?

- Hələ ki, yox. Qurban müəllimlə münasibətim yaxşıdı. Bilmirəm təbrik edəcək, ya yox. Hələ ki, onu keçməmişəm. Amma sevinərəm.

- Bu rekord "Neftçi"dəki performansına təsir edə bilər?

- "Neftçi"də yaxşı komanda qurulsa, tək mən yox, hamı yaxşı oynayar. Ümid edirəm ki, gələn mövsüm daha yaxşı olarıq. Bu il klub olaraq hamımız çox bərbad idik. Daha yaxşı olmalıyıq.

- Bu gün hücumda oyununuz daha yaxşı alınırdı. Səncə, bu, nə ilə bağlıdı?

- Albaniya ilə oyunda da şanslarımız çox idi. Sadəcə, qol vura bilmirdik. Onların səviyyəsi bizdən, Qazaxıstandan üstündür. Avropa çempionatına gedirlər. Qollar vurmaq lazımdı.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC