“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub.
Presssport.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" iyunun 18-də Bakıda məşqlərə start verəcək.
Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaq.
Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində 2 oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC