Ruslar Azərbaycan - Qazaxıstan oyununun ən yaxşı futbolçusunu müəyyənləşdirdi

Azərbaycan və Qazaxıstan milliləri arasında Macarıstanda keçirilən yoldaşlıq oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

Presssport.az xəbər verir ki, “Football Kulichki” saytı yığmamızın hücumçusu Mahir Emrelini fərqləndirib.

Nəşr Zaqreb “Dinamo”sunda çıxış edən 27 yaşlı forvardın həmin matçda parladığını yazıb: "Fasiləyə az qalmış onun qolu komanda yoldaşlarını ruhlandırdı və onlara qələbə əhval-ruhiyyəsi yaşatdı. Emreli ikinci hissədə də çox hücum etdi, ən vacib olan penaltini qazandı. Qarşılaşma ərzində dəfələrlə zərbə vurdu, meydanda hər şeyini verdi. Azərbaycan millisində onun ən yaxşı olduğunu deyə biliriksə, Qazaxıstanda Maksim Samorodov və sonradan Danil Ustimenko ilə əvəzlənən qapıçı Aleksandr Zarutskini qeyd edə bilərik".

Xatırladaq ki, millimizin 3:2 hesablı əzmkar qələbə qazandıqları matçda Mahir həm qol vurub, həm də penalti qazanıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC