Azərbaycan Atletika Federasiyasının 2 nümayəndəsi beynəlxalq dərəcəli hakim statusunu almaq üçün imtahan verib.
Presssport.az xəbər verir ki, milli komandamızın keçmiş üzvü, Olimpiya Oyunlarının iştirakçısı Arif Axundov, həmçinin federasiyanın Beynəlxalq Əlaqələr və İnkişaf Departamentinin müdiri Kənan Məhərrəmov imtahanı uğurla keçdikləri üçün Dünya Atletikası tərəfindən bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib.
Bununla da hakimlərimiz həm dünya, həm də qitə səviyyəli nüfuzlu yarışlarda çalışmaq hüququna yiyələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC