AVRO-2024-ün açılış oyununun hakimi müəyyənləşib.
Presssport.az xəbər verir ki, UEFA Almaniya və Şotlandiya milli komandaları arasında keçiriləcək bu görüşə baş hakim kimi Kleman Türpeni təyin edib.
Fransalı referiyə Nikolya Dano və Benjamen Paj kömək edəcək. Fransua Leteksye 4-cü hakim olacaq, Jerom Brisar isə VAR-a nəzarət edəcək.
Xatırladaq ki, Almaniya - Şotlandiya oyunu iyunun 14-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC