Abbasov Tovuzda ilk matçda azarkeşləri sevindirmək istəyir: "Səbail" ən nizamlı oynayan komandalardan biridi"

“Meydançamızdakı qarı təmizlədilər və son 2 gündə məşq etmişik. Normaldı. Əlbəttə, qar da yağsa, soyuq da olsa, azarkeşlərimiz məşqlərimizə gəlirlər. Həmişə bunu hiss etmişik”. Bu fikirləri Presssport.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Tovuz klubu bu ilk ev matçını bu gün Premyer Liqanın XX turunun açılış matçında "Səbail"lə keçirəcək. Abbasov qarşıdakı oyunda doğma azarkeşlərini sevindirməyə çalışacaqlarını söyləyib: “Rəqibi bilirik ki, çempionatda ən nizamlı oynayan komandalardan biridi. Həqiqətən xallarına da baxanda görürük ki, individual güclü futbolçuları çoxdu. Çətin oyun olacaq. Bu gün biz də qələbə qazanmaq istəyirik, onlar da. inşallah, xal qazanan biz olarıq".

Xatırladaq ki, “Turan Tovuz” bu çempionatda “Səbail”dən hələ ki xal ala bilməyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC