"Qarabağ"dan mövsüm bitəndən sonra gedən rusiyalı qapıçı Andrey Lunyov karyerasını Vətənində davam etdirməyə yaxındı.
Presssport.az xəbər verir ki, 32 yaşlı qolkiper Moskva "Dinamo"su ilə razılaşıb.
Bu barədə insayder İvan Karpov məlumat yayıb.
Lunyonun paytaxt təmsilçisində illik 1,2 milyon avro maaş alacağı bildirilir.
Xatırladaq ki, Andrey keçən mövsüm “qızıl dubl”a imza atdığı "Qarabağ"la yeni müqavilədə maddi məsələlərdə razılaşmadığına görə onunla yollar ayrılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC