Fernandu Santuş futbol üzrə Azərbaycan milli komandasının 32 illik tarixində 7-ci əcnəbi baş məşqçisi olub.
Presssport.az xəbər verir ki, əsas yığmamızın baş məşqçi postuna əcnəbi mütəxəssis axını futbolumuzda “bum” olan dövrdə - 2004-cü ildən başlayıb. Millimizin ilk əcnəbi baş məşqçisi braziliyalı Karlos Alberto Torres olub. 2004-05-ci illər ərzində komandanı mənfi saldoya malik olub - 18 matç, 2 qələbə, 5 dəfə heç-heçə, 11 məğlubiyyət.
Yığmanın baş məşqçi postunda 2-ci əcnəbi 2007-ci ildə görünüb. Həmin vaxt Şahin Diniyevin istefasından sonra millimiz müvəqqəti olaraq makedoniyalı Qyoko Hacıyevskiyə tapşırılıb və onun rəhbərliyi altında cəmi 3 oyun olub - 2 heç-heçə, 1 məğlubiyyət.
2008-ci ildəsə AFFA almaniyalı Berti Foqtsu Azərbaycana dəvət edərək, 2014-cü ilə qədər onu bu postda saxlayıb. Nəticədə bu mütəxəssis millmizdə indiyədək ən uzun müddət işləyən baş məşqçidi. Foqts bu 6 ildə komandanı çıxardığı 71 oyunda 15 qələbə, 22 heç-heçə, 34 məğlubiyyətlə yadda qalıb.
2015-ci ildə millimizin növbəti əcnəbi baş məşqçisisi xorvatiyalı Robert Prosineçki olub. Onun 23 oyunda nəticəsi belə olub - 6 qələbə, 6 heç-heçə və 11 məğlubiyyət.
2017-ci ildə digər xorvatiyalı mütəxəssis Nikola Yurçeviç millinin “sükanı arxasına” keçib. Lakin komandanı cəmi 10 oyunda meydana çıxara bilərək, 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyəti var.
Santuşadək millinin son əcnəbi baş məşqçisi italiyalı Canni de Byazi olub. 2020-ci ildə ölkəmizə dəvət edilən təcrübəli mütəxəssis 3 il ərzində komandanı 39 oyuna çıxarıb. O, 10 qələbə, 8 heç-heçə və 21 məğlubiyyətlə Azərbaycandan ayrılıb.
Onu da bildirək ki, bu 7 məşqçidən Torrres futbolçu kimi dünya çempionu - Pelenin kapitanı olub. Foqts isə futbolçu kimi dünya və Avropa çempionu, məşqçi kimi Avropa çempionu olub. Santuş isə Portuqaliya yığmasını Avropa çempionu edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC