"Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk "Şaxtyor"dan ayrılacaq.
Presssport.az xəbər verir ki, 23 yaşlı ukraynalı cinah yarımmüdafiəçinin müqavilə müddəti artırılmayacaq.
Bununla da Kaşuk iyulun 1-dən azad agent statusuna yiyələnəcək. O, keçən mövsümdə Donetsk klubunda 12 matçda 4 qol vurub və 1 asist edib.
Xatırladaq ki, Aleksey 2022/23 mövsümündə "Sabah"da oynayaraq Premyer Liqamızın gümüş medalçısı olub. Onun adı vaxtaşırı iddialı klublarımızın ətrafında hallanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC