Qazaxıstan millisinin sabiq futbolçusu Yusup Şadıyev Macarıstanda Azərbaycan yığmasına qarşı keçirilmiş yoldaşlıq matçını (2:3) şərh edib.
Presssport.az xəbər verir ki, veteran oyunçu oyunun ikili təəssürat yaratdığını vurğulayıb: “Uşaqlar əllərindən gələni etməyə çalışsalar da, ön xətdə çoxlu səhvlər etdik. Şanslar az deyildi, sadəcə, bundan istifadə etmək lazım idi. Aymbetov və Orazovun çox yaxşı qol şansları oldu. Azərbaycanlılar topa yaxşı nəzarət etdilər və təşəbbüsə sahib idilər. Amma Qazaxıstan uduzmaya bilərdi”.
Şadiyevin fikrincə, Azərbaycan – Qazaxıstan matçının ədalətli nəticəsi heç-heçə idi: "Bizimkilər sadə vəziyyətlərdə tez-tez səhvlərə yol verirdi. Meydançanın ortasında top itkiləri olurdu. Demək olar ki, irəliyə doğru hər 3-cü ötürmə rəqibə keçirdi. Azərbaycanlılar bu baxımdan daha inamlı görünürdü. Amma onların qolları əsasən qazaxlı futbolçuların səhvlərindən sonra vurulurdu. Özümüzə iki qol vurduğumuzu deyə bilərik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC