AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb.
Pressport.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev portuqaliyalı mütəxəssisin təyinatı ilə bağlı danışarkən deyib.
Hacıyev Santuşun Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına münasibət bildirib: "Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldı. Bizimlə müqaviləsi 3+1 illikdi. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır".
Onu da bildirək ki, Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC