"AFFA rəhbərliyi ilə Santuş arasında qarşılıqlı inam var, əsas məqsəd AVRO-2028-də uğurlu çıxışdı""

"Dünən mətbuata da məlumat verildi. AFFA İcraiyyə Komitəsinin onlayn formatda iclasında yeni baş məşqçi təyin olundu”. 

Presssport.az verir ki, bu sözləri AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev deyib. 

O, ümumi olaraq, Santuşla bağlı elə də danışmağa ehtiyac olmadığın söyləyib: “Çünki dünyaca tanınmış məşqçidir. Müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisində layihəni həyata keçirərək, 2014-cü ildə komandanı DÇ-yə çıxarmışdı. Portuqaliya millisini isə Avropa çempionu olmuşdu. Bir sıra məqamları nəzərə aldıq. Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq”. 

Hacıyev AFFA rəhbərliyinin 70 yaşlı portuqaliyalı mütəxəssisə inandığını bildirib: “Bu illər ərzində müəyyən layihə çərçivəsində, işlər görəcəyik ki, bu nəticəni əldə edək. AFFA rəhbərliyi ilə Santuş arasında qarşılıqlı inam var. Danışıqlar prosesinə əsasən onun da bizə inandığını dilə gətirə bilərəm. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu işbirliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq".

O, millidən hansı nəticəni tələb edəcəkləri barədə bunları deyib: “Milli meydana qələbə üçün çıxmalıdır. Rəqibdən asılı olmayaraq, bu, belə olmalıdır. Santuşla danışanda da hiss etdik ki, o, elə adamdır ki, məğlubiyyəti qəbul etmir. Amma oynadığımız qrupların reallığını da qəbul etməliyik. Elə qrup ola bilər ki, ancaq birinci yer üçün oynamalıyıq. Elə komandalarla qrupa düşərik ki, reallığı nəzərə almalıyıq və nəticəni uğurlu və ya uğursuz qeydə alarıq”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC