Avropa Liqasında təmsilçimiz "Zirə" növbəti yay tarnsferini reallaşdırıb.
Presssport.az xəbər verir ki, Premyer Liqamızın son gümüş medalçısı Davit Volkovla anlaşıb.
Qəsəbə təmsilçisi gürcüstanlı hücumçu ilə 2 illik müqavilə bağlayıb.
Bu yerdə bildirək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu (20 qol) olan Volkov 2020 - 22-ci illərdə bu klubun şərəfini qoruyub.
Gürcüstan yığmasının üzvü karyerası ərzində ölkəsinin “Qaqra”, “Dinamo” (Tiflis), “Çixura”, “Sioni”, “Zemun”, “Saburtalo”, Azərbaycanda isə “Qəbələ” və “Sabah”da da çıxış edib.
Xatırladaq ki, zirəlilər bunadək “Turan Tovuz”dan qapıçı Nicat Qurbanovla “Kəpəz”dən müdafiəçi Elçin Əlicanovu transfer edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC