"Şamaxı" yeni baş məşqçisi Ayxan Abbasovla müqavilə bağlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssislə imzalanan sözləşmənin müddəti 1 illikdir.
Abbasovla klubun İdarə Heyətinin sədri Elçin Usub arasında görüşdən sonra təyinat rəsmiləşib.
Xatırladaq ki, 43 yaşlı Abbasovun son iş yeri bu yay ayrıldığı "Turan Tovuz" olub. O, "Zirə" və “Sumqayıt”ı da çalışdırıb
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC