“Ayntraxt”da işləmiş məşqçimiz: "Almaniya AVRO-2024-ə qələbəylə başlayacaq, favoritlərim..."

“Düşünürəm ki, Bundestim bu gün qalib gələcək”.

Bunu “Ayntraxt” klubunun akademiyasında işləmiş Etibar İbrahimov Avropa çempionatının Almaniya - Şotlandiya açılış oyunu barədə danışarkən deyib.

Mütəxəssis meydan sahiblərinin favorit olduğunu bildirib: "Komanda rəqibinə nisbətən daha yaxşı heyətə malikdir, keyfiyyətli oyunçuların sayı həddindən artıq çoxdur. Amma Şotlandiya millisi də böyük inkişafdadır. Adətən ilk oyunlarda yığmalar ehtiyatlı davranırlar".

E.İbrahimov Almaniya yığması haqqında da danışıb: "Hamımızın gözlədiyi Avropa çempionatı artıq başlayır. Bütün futbol azarkeşlərini təbrik edirəm. Bu, bir aylıq bayram olacaq. Çox maraqlı matçlar izləyəcəyik. Mənim favoritlərim İngiltərə və Fransadır. Amma bilirik ki, Almaniya praqmatik futbolu ilə seçilir. Hətta belə deyim də var: hamı futbol oynayır, almanlar qalib gəlir. Futbolçuların durumundan asılı olmayaraq, Bundestim də daim favoritlər siyahısında olur. Öz nizam-intizamları ilə seçiliblər. Onları siyahıdan silmək olmaz. Komandanın baş məşqçisi Yunanıstanla yoldaşlıq oyununda əsas oyunçulara güvəndi. Heyətdə təcrübəli və gənc futbolçular da var. Bu komanda azarkeşləri, məni sevindirə bilər. Bu ölkə mənə çox yaxındır. Səkkiz il onlarla işləmişəm. Bütün praktikalarım orada olub. Bu səbəbdən alman futbolu daha əziz və doğmadır".

Qeyd edək ki, Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək XVII Avropa çempionatının açılış oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC