“Ağabala Türkiyədən yeni qayıdıb. Bütün həkimlərin nəzarətində olub, yenidən yoxlanılıb. Klub onun sağlamlığı üçün hər bir şey edir”. Bu fikirləri Presssport.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.
O, hələ qış fasilənədək ağır zədələnərək uzun müddətə sıradan çıxan kapitanları Ağabala Ramazanovun hazırkı durumu haqda məlumat verib: “Hardasa 2 ay sonra yüngül məşqlərə başlaya bilər. Həkimlər buna icazə verib. Bu zaman qan təzyiqi, yüklənmə olmamalıdı. Bir sözlə, həkim nəzarəti altında məşqlərə başlanması nəzərdə tutulub. Həmin vaxt aprel, futbolçunun o dövrdəki vəziyyətindən çox şey asılı olacaq. Məşqlərə başlayanda durumu necə olacaq - bunu zamanında görəcəyik. İndidən heç nə demək olmaz ki, ya hə, bu mövsüm oynayacaq, ya yox, oynamayacaq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC