“Sabah” sabiq legioneri Coy-Lens Mikelsi qaytarır.
Presssport.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı almaniyalı sol cinah yarımmüdafiəçinin keçidiylə bağlı danışıqlarda bütün detallar artıq razılaşdırılıb.
Belə ki, Mikels köhnə-yeni klubuyla “1+1 il” şərtli müqaviləni imzalayacaq.
Coy-Lens iyulun 7-də Bakıya gələcək və tibbi müayinədən keçəndən sonra hər şey qaydasında olarsa, anlaşmaya imzalar atılacaq.
Xatırladaq ki, Mikels 2 il çıxış etdiyi, Premyer Liqamızın gümüş medalını qazandığı "Sabah"dan ötən yay Səudiyyə Ərəbistanın I Liqa təmsilçisi “Əl-Faysali”yə keçdi. Onun hələ qış fasiləsində qayıdışı gündəmdə olsa da, ərəblərlə müqaviləsi olduğuna görə bu, baş tutmadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC