"Şamaxı"da həm yerli, həm də legioner transferləri var - Portuqaliyadan qapıçı gəlir

Premyer Liqaya dönən “Şamaxı” transfer çalışmalarını davam etdirir.

Bu haqda Presssport.az-a danışan komandanın yeni baş məşqçisi Ayxan Abbasov bir neçə yeni futbolçuyla artıq razılaşdıqlarını söyləyib: “Bunlar müdafiəçilər Adil Nağıyev, Rafael Məhərrəmli və yarımmüdafiəçi İlkin Muradovdu. Yerlilərdən dəqiqləşən hələ bunlardı. Legionerlərdən ortaq məxrəcə gəldiyimiz albaniyalı hücumçu Belajdi Pusidi. Yenə əcnəbi futboçularımız olacaq. Danışıqlar apardığımız oyunçular var".

Abbasov qapıya da transferlər olacağını vurğulayıb: “Abdulla Seyidəhmədov qalıb. Kamal Bayramovla da danışırıq, bir legioner qapıçıyla də. Portuqaliyalıdı, öz ölkəsinin II Liqasında oynayıb”.

Məlumdu ki, “Şamaxı" Premyer Liqada son mövsümdə legionerlərə qadağa qoyaraq, yalnız yerli futbolçuarla oynamağı qərara aldı və yekun nəticə son pillənin tutub I Liqaua düşmək oldu. Göründüyü kimi, yeni baş məşqçi üçün belə məhdudiyyət yoxdu: ”Bu məsələni rəhbərliklə razılaşdıq və onun nəticəsidi ki, əcnəbi transferlər də edirik. Büdcəmiz nə olacaq, buna uyğun həyata keçirəcəyik. Yəni necə deyərlə, ayağımızı yorğanımıza görə uzadacağıq (gülür). Komanda yığışandan sonra heyətlə, kimin müqaviləsi varsa, onlarla bağlı qərar verəcəyik".

Xatırladaq ki, Nağıyevlə Muradov Abbasovla “Zirə"də, Bayramovla Pusi ”Turan Tovuz"da birgə çalışıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC