"Rəvanın müalicəsi gedir, bir az ağrılar var. Xəstəxanadan çıxıb, inşallah, tezliklə komandaya dönər".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Araz Saatlı”nın baş məşqçisi Şəhriyar Məmmədov deyib.
Saatlı klubunun I Liqaya vəsiqə uğrunda “Cəbrayıl”la “ASCO Arena”dakı səfər matçında (0:2) qolundan ciddi xəsarət alan futbolçusu Rəvan Əsədova gips qoyulub. Məmmədov müalicənin gedişatı haqda məlumat verərək, lazım gələrsə, oyunçusunun əməliyyat olunacağını da vurğulayıb: “Açıq deyim ki, həkim əməliyyatı məqbul sayır. Bu da sınığa görədi. Sadəcə, futbolçunun onun özünə deməyi məsləhət görmədim ki, narahat olmasın. Lakin atasını bu haqqda məlumatlandırmışıq. Sadəcə, həkim onu da qeyd edib ki, bu kiçik sınıq dirsəklə sümüyün arasında qalsa, əməliyyat ediləcək. Bu da 1 həftədən sonra, yəni qips çıxarıldıqdan sonra məlum olacaq. İnşallah ki, sümüyün arasında qalmaz. Qalsa, həmişə dirsəyi açılıb yumulanda narahat edə bilər. Allahdan ümüdimizi üzmürük. İnşallah, xeyirlisi Allahdan”.
Baş məşqçi bütün ödənişləri klub tərəfindən həyata keçirdiklərini sözlərinə əlavə edib: “Bizim üçün hər bir futbolçunun sağlamlığı prioritetdi”.
Xatırladaq ki, Rəvan oyunun gedişində stadiondan birbaşa özəl xəstəxanaya - “Modern Hospital”a aparılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC