"Araz Saatlı"ya qarşı 2 komandayla oynamış hücumçu: "I Liqaya çıxmaq vəzifəsini 30 faiz artıq həll etmişik, qalıb 70 faiz"

“İlk oyunu ilk növbədə xarakter hesabına çıxardıq. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdikcə, nəticə gəldi və evdə qalib gəldik”.

Bu fikirləri Presssport.az-a açıqlamasında “Cəbrayıl”ın futbolçusu Ruslan Vorontsov deyib.

Onun sözlərinə görə, I Liqaya vəsiqə uğrunda “Araz Saatlı”nı öz meydanlarında 2:0 hesabıyla məğlub etsələr də, bu, arxayınlığa əsas verməməlidi: “Mərhələ keçmək vəzifəsini 30 faiz artıq həll etmişik, qalıb 70 faiz. Bunu da cavab matçında həll etməliyik, inşallah, bunu da edərik. Səfərdəki cavab matçımız çox ağır, maraqlı olacaq. İnşallah, uğur qazanarıq. Öz oyunuma gəlincə, bunu baş məşqçi bilər. Matçın sonunda zədələnmədim, sadəcə, qıcolma olduğuna görə axsayırdım. Bu da yorgunluğa görə idi.  Hər halda, mövsümün sonudu, bu üzdən idi. Deməzdim ki, sintetk qazonla bağlı idi”.

Mövsümə “Karvan”da başlayan Ruslan həmin vaxtdan saatlıları tanıyır. Hücumçu 2 müxtəlif komandanın heyətində oynadığı rəqiblə bağlı belə müqayisə aparıb: “Araz Saatlı" çox güclənib. Mövsümün ilk yarısıyla müqayisədə ikinci yarısında daha potensiallı futbolçular gətirib və nəticədə gücləniblər. İlk dövrədə elə deyildilər, indi çox güclüdürlər, fiziki, taktiki durumları yerindədi".

Voronstov başa çatmaqda mövsümü özü üçün belə dəyərləndirib: “Sağ olsun, baş məşqçimiz Cavid Hüseynov məni ”Cəbrayıl”a dəvət elədi, bura gəldim. Hazırkı komandam mənə daha uğrulu gəldi. Çünki hər oyunda qol vururdum. İnşallah, bundan sonra da vuraram. Əlbətə, istəyirəm ki, yenidən I Liqada çıxış edim. Hər bir futbolçusunun arzusudu ki, I Liqada, Premyer Liqada oynasın. Allahın köməyilə ”Cəbrayıl"la da çıxıb oynayarıq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC