“Almaniya yığması əla idi. Çox əla komanda formalaşdırıblar. Təəssüf ki, onlarla bərabər oyun göstərə bilmədik".
Presssport.az xəbər verir ki, bu sözləri Şotlandiya millisinin baş məşqçisi Stiv Klark AVRO-2024-ün açılış matçında Almaniyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İlk hissədə rəqibin aşkar üstünlüyü qarşısında aciz qaldıqlarını etiraf edən təcrübəli mütəxəssis qarşıdakı iki oyunda 4 xalı hədəflədiklərini bildirib: "Fasiləyədək rəqib bizdən çox sürətli idi. Ona görə də oyunda özümüzə yer tapa bilmədik. Ancaq turnirdə nə etməli olduğumuz hələ qarşıdadır. buna diqqət yetirməliyik. Diqqətli olub, qarşıdakı matçlara köklənməliyik. Qarşıdakı iki oyunda minimum hədəfimiz 4 xaldı”.
Xatırladaq ki, A qrupunda digər 2 yığma Macarıstan və İsveçrə yığmalarıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC