"Vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı" - Naqelsman

"Qarşılaşmanın əvvəlində vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı. Bu gün yalnız ilk addımı atsaq da, bu, çox yaxşıdır. Qarşıdakı oyunları da bu qələbə üzərində qura bilərik. Çox xoşbəxtik".

Presssport.az xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Şotlandiya yığması ilə keçirilən AVRO-2024-ün açılış görüşündən sonra baş tutan mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis oyundan əvvəl belə bir nəticəyə inandığını söyləyib: "Qarşılaşmadan əvvəl belə bir hesab desəydilər, inanardım. İlk 20 dəqiqə çox fərqli oyun nümayiş etdirdik. Bir neçə qol vurmağımız əladı. Bu, hər kəsdə xoş hisslər yaşadır. İlk 20 dəqiqədə çox üstün idik, dominant və aqressiv oynadıq. Demək olar ki, heç bir səhv etmədik. Jamal Musiala və Florian Virts baxımlı qollar vurdu. Onların performansından çox razı qaldım. Sevinirəm ki, komandamın hər bir üzvü tərifə layiqdi. Azarkeşlər bizə indi bir az daha çox inanır. Macarıstanla görüşdə daha fərqli Almaniya görəcəksiniz".

Xatırladaq ki, AVRO-2024-ün A qrupunun ilk matçında Almaniya Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib.

 

 


 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC