"Araz Saatlı"nın ilk pley-off matçında xəstəxanalıq olan futbolçusu: "Komandamın yanındayam, çox heyfsilənirəm ki, ona belə vacib matçda kömək edə bilməyəcəm"

“11 ildir futbol oynayıram, ilk dəfə belə zədə aldım. Allaha şükür, indi yaxşıyam. Xəstəxanada az qaldım, elə həmin gecə çıxdım. Artıq Saatlıdayam, bazadayam. Komandayla məsul oyun öncəsi bir yerdəyəm"

Bu sözləri Presssport.az-a açıqlamasında “Araz Saatlı”nın futbolçusu Rəvan Əvəzov deyib.

I Liqaya vəsiqə uğrunda “Cəbrayıl”la pley-off mərhələsinin ilk matçında sonradan meydana çıxdıqdan az sonra qolundan ciddi cəsarət alan 20 yaşlı yarımmüdafiəçi həmin epizodu belə xatırlayıb: "Topu arxaya çəkmək istəyərkən rəqib müdafiəçi onu vurdu. Nəticədə top ayağımın altında qaldı. Bütün gücüm topa idi, bütün bədənimlə qolumun üstünə düşdüm. Təbii ki, bu ağırlıq öz mənfi fəsadını göstərdi. Qırıq yox, çıxıq idi. Sadəcə, oynaqda yeyinti də var. Həmin vaxt güclü ağrılarım vardı. Dərhal ağrıkəsici iynə vurdular. Bir gün reanimasiyada qaldım, huşum özümdə idi".

Rəvan hələ bir müddət gipsdə gəzməli olacaq: “Haızrda müalicə alıram. Cüzi ağrılar var, yalnız çıxan yer ağrıyır. İyunun 20-də qolumdakı gips açılacaq. Çox güman ki, əməliyyata ehtiyac olmayacaq”.

Əvəzov hazırda vacib matçöncəsi komandanın yanında olaraq mənəvi dəstək verməyi özünə borc bilib: “Düşərgəmizdə əhval-ruhiyyə yaxşıdı. Oyuna ciddi hazırlaşmışıq. Gözləntimiz odur ki, Allahın köməyilə qələbə qazanaq və cütün qalibi olaq. Komandada buna özünəinam var. Hər şey öz qaydasındadı. Düşünürəm ki, ilk matçda 0:2 uduzsaq da, şanslar hələ də bərabərdi və yekunda “Cəbrayıl”dan üstün ola bilərik. Çünki öz meydanımızda, doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Təbii, çox istərdim belə vacib matçda komandama kömək edim. Amma heyfsilənirəm ki, bu, mümkün olmayacaq. Bütün çempionat boyu əsas heyətdə oynamışdım. Sadəcə, bu dəfə sonradan meydaa çıxmağın baş məşqçinin qərarı idi. Belə gətirdi…Kənarda oyunu izləmək daha çətindi, nəinki meydanda olmaq. Çünki komandana kömək etmək istəyirsən, amma buna imkanın yoxdu”.

Xatırladaq ki, Saatlıdakı bugünkü cavab görüşü saat 17:30-da başlayacaq  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC