İsgəndər Cavadovla Təmkin Xəlilzadə Saatlıda - icra başçısı ilk hissədən sonra stadiondan getdi

I Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin Saatlıda cavab görüşünə azarkeş marağı böyükdü.

Presssport.az-ın Saatlıya ezam olunmuş əməkdaşı xəbər ki, “Araz Saatlı” - “Cəbrayıl” matçının keçirildiyi Olimpiya İdman Kompleksinin stadionundakı tribunalar demək olar doludu.

Özü də 980 nəfərlik azarkeş tutumuna malik stadionun bir hissəsini qonaq komandanın azarkeşləri doldurub və doğma rayonunun eyniadlı təmsilçisinə çılğın dəstək göstərir. Yeri gəlmişkən, “Cəbrayıl” tərəfdarları arasında millimizin sabiq futbolçusu, hazırda minifutbol yığmamızın üzvü olan Təmkin Xəlilzadə də var.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan veteran futbolçumuz İsgəndər Cavasov da matçı stadiondan seyr edir. Regional Futbol Federasiyasının prezidenti olan Cavadov oyiuna Saatlı icra başçısı Elmir Musayevlə birgə baxır. Onlar ilk hissədən stadionu tərk etdi.

Saatlıya qonşu rayon - İmişlinin eyniadlı klubunun icraçı direktoru Aqşin Mürsəlov da oyuna gələrək tribunada yer alıb.

Xatırladaq ki, ilk hissədən sonra qonaqlar hesabda 2:0 irəlidədi.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC