Albaniya millisinin futbolçusu Nedim Bayrami Avropa çempionatlarının tarixinə düşüb.
Presssport.az xəbər verir ki, “Sassuolo”nun hücumçusu AVRO-2024-ün ilk turunda İtaliya yığmasıyla görüşün 23-cü saniyəsində qol vurub.
Bununla da 25 yaşlı futbolçu Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb.
Buna qədər rekord AVRO-2004-də 68-ci saniyədə qol vuran rusiyalı hücumçu Dmitri Kiriçenkoya məxsus idi.
Xatırladaq ki, Bayrami Azərbaycan millisinə Macarıstanda 3:1 hesabıyla qalib gəldikləri yoldaşlıq görüşündə də erkən qolla hesabı açmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC