"Kəpəz”in futbolçusu Vüsal Məsimov klubun mətbuat xidmətinə açıqlama verib.
Presssport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi əvvəlcə Misli Premyer Liqasının 19-cu turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlməkləri haqda danışıb: “Ağır oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də keçdi. Çünki Qərb derbisi həmişə ağır olur. Həm azarkeş baxımından, həm də atmosfer baxımından. Qələbə qazandığımız üçün çox sevincliyik”.
Sol cina müdafiəçisi 20-ci turda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşərək, çox yaxşı hazırlaşdıqlarını vurğulayıb: "Onların gücü hər kəsə bəllidir. Çempionatda liderlik edirlər. Buna baxmayaraq, çalışacağıq ki, öz gücümüzü göstərək. Meydana xal qazanmaq üçün çıxacağıq".
Məsimov ev oyunlarında maksimum xal qazanmağa çalışacaqlarını dilə gətirib: "Düzdür, "doğma divarlar" arasında oynamayacağıq. Ancaq azarkeşlərimiz Qəbələdə də bizi tək qoymurlar. Xüsusən ev matçlarında maksimum xal toplamağa çalışacağıq".
Qeyd edək ki, yanvarın 27-də keçiriləcək “Kəpəz” - “Qarabağ” oyunu saat 15:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC