Azərbaycan millisi Bakıda ilk dəfə keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub.
Presssport.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan final görüşündə milli komandamız Mərakeş yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu millinin kapitanı Elçin Camallı vurub. Bununla da yığmamız bütün 5 matçını qalib gələrək, qol da buraxmadan çövkən üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.
Xatırladaq ki, dünya çempionatına iyunun 10-da start verilib. Yarışda 10 komanda 2 qrupa bölünməklə iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC