“Sabah”ın yay hazırlıq planı bəlli olub.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda növbəti mövsümün hazırlıqlarına iyunun 20-də Masazırda, “Bank Respublika Arena”da başlayacaq.
İyunun 24-dən 29-dək Qəbələdə hazırlıq keçəcək “Sabah”, iyulun 1-də təlim-məşq toplanışın ikinci mərhələsi üçün Sloveniyaya yollanacaq. Çatej-ob-Savi qəsəbəsində məskunlaşacaq komanda 4 yoxlama oyunu keçirəcək. "Sabah" iyulun 6-da Sloveniyanın “Koper”, 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə bu ölkənin “Rux” (Lvov) klubuyla qarşılaşacaq. Komanda iyulun 18-də Bakıya qayıdacaq.
Xatırladaq ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Krenuslav Renduliçin komandası ilk oyunlarını iyulun 25-də və avqustun 1-də keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC