Almaniyada təşkil edilən AVRO-2024-də bu gün I turun daha 3 oyunu keçirilib.
Presssport.az xəbər verir ki, 2-ci oyun günündə A və B qrupunun matçları oynanılıb.
A qrupunun digər görüşündə Macarıstan İsveçrə ilə qarşılaşaraq uduzub.
B qrupunun ilk görüşündə İspaniya və Xorvatiya milliləri üz-üzə gəlib. Oyun ispanların böyükhesablı qələbəsi ilə başa çatıb.
B qrupununun daha bir matçında İtaliya və Albaniya milliləri görüşüb. Bu matç son Avropa çempionu italyanların əzmkar qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, turnirin açılış matçında ötən gün A qrupunda meydan sahibi Almaniya millisi Şotlandiya yığmasını 5:1 hesabı ilə məğlub edib.
15 iyun
A qrupu
17:00. Macarıstan - İsveçrə - 1:3
Qollar: Varqa, 66 - Duah, 12, Aebiçer, 45, Embolo, 90+3
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Köln. “Reyn Enerqi” stadionu
14 iyun
Almaniya - Şotlandiya - 5:1
B qrupu
20:00. İspaniya - Xorvatiya- 3:0
Qollar: Morata, 29, Ruiz, 32, Karvahal, 45+2
Baş hakim: Maykl Oliver (İngiltərə).
Berlin. Olimpiya stadionu
23:00. İtaliya - Albaniya - 2:1
Qollar: Bastoni, 11, Barella, 16 - Bayrami, 1
Baş hakim: Feliks Çvayer (Almaniya).
Dortmund. "Siqnal İduna Park" stadionu
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC