Almaniyada AVRO-2024 davam edir.
Presssport.az xəbər verir ki, bu gün daha 3 oyun keçirilib.
E qrupunda Rumıniya Ukrayna ilə qarşılaşmadan gözlənilmədən böyük hesabla qalib gəlib. Bu qrupun digər matçında Belçika Slovakiyaya uduzub. Belçika millisinin hücumçusu Romelu Lukaku 2 qol vursa da, VAR-a baxıldıqdan sonra ləğv olunub. Bu nəticə hələ ki turnirin ən böyük sensasiyasıdı.
D qrupunda isə ikiqat Avropa çempionu Fransa Avstriya ilə görüşdə yalnız avtoqol sayəsində qələbə istəyinə çata bilib.
17 iyun
E qrupu
17:00. Rumıniya - Ukrayna - 3:0
Qollar: Stançu, 29, Marin, 53, Draguş, 57
Baş hakim: Qlenn Nuberq (İsveç)
Münxen. "Alliants Arena"
20:00. Belçika - Slovakiya - 0:1
Qol: Sranz, 7
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Frankfurt. "Frankfurt Arena"
D qrupu
23:00. Avstriya - Fransa - 0:1
Qol: Vober, 38-avtoqol
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Düsseldorf ("Düsseldorf Arena")
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC