Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
Presssport.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində “Eqnatia Arena”da meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 13-cü dəqiqədə Əli Qazibəyov vurub.
Xatırladaq ki, Albaniya ilə Azərbaycan milli komandaları arasında ikinci yoldaşlıq matçı iyunun 19-da keçiriləcək. “Eqnatia Arena”da təşkil olunacaq həmin görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC