Fransa millisinin kapitanı Kilian Mbappenin AVRO-2024-ün Avstriyaya qarşı ötən gecə keçirilən matçda (1:0) burnu qırılıb.
Presssport.az xəbər verir ki, görüşün 86-cı dəqiqəsində Mbappe avstriyalı müdafiəçi Kevin Danso ilə top uğrunda mübarizə zamanı toqquşaraq xəsarət alıb.
90-cı dəqiqədə Kevin əvəzlənib və bu zaman onun burnundan qan açııdığı görünüb. Forvard dərhal xəstəxanaya yerləşdirilib və müayinənin ilk nəticələri nikbin olub. Əvvəllər planlaşdırıldığı kimi, Mbappe üzərində əməliyyatın aparılmamasına qərar verilib. O, xəstəxananı tərk edib və hətta məşqçilər korpusu müvafiq qərar verərsə, Niderlandla növbəti oyunun iştirak siyahısında yer ala bilər.
Fransa Futbol Federasiyası futbolçunun durumu ilə bağlı açıqlama yayaraq Kilianın burnunun sındığını bəyan edib: “Fransa millisinin kapitanına əvvəlcə tibb işçiləri və həkim Frank Le Qall kömək edib. Ona burnunun sınığı diaqnozu qoyulub. Mbappe yaxın bir neçə gündə müalicə alacaq, lakin yaxın günlərdə əməliyyat olunmayacaq. Onun üçün maska hazırlanacaq ki, müalicədən sonra yarışlara qayıtmağa hazırlaşsın”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC