"Zirə"nin Avroliqada ilk rəqibi müəyyənləşdi - YENİLƏNİB

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Presssport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi "Zirə"nin də rəqibi müəyyənləşib.

Səpələnməmişlər səbətində yer alan "Zirə" “Şerif”ə (Moldova) rəqib olub.

Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i səfərdə, cavab görüşünü isə iyulun 18-də Bakıda keçirəcək.

Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar - "Qarabağ" (ÇL) və "Sabah"la (KL) "Sumqayıt" (KL) isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da II mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC