Azərbaycan klublarını avrokuboklardakı püşkatma mərasimində təmsil edəcək nümayəndələr müəyyənləşib.
Presssport.az xəbər verir ki, ilk olaraq səfərə "Zirə"nin baş meneceri Elman Himayətoğlu çıxıb. Çünki onların mübarizəyə başlayacağı Avropa Lİqasının I təsnifat mərhələsinın püşkü artıq bu gün atılacaq. Bu, Bakı vaxtilə saat 17:00-da olacaq.
“Zirə” rəsmisi sabah da İsveçrənin Nyon şəhərində olacaq. Çünki Avroliqanın II təsnifat mərhələsinin püşkatma mərasimi həmin gün keçiriləcək.
“Qarabağ”ın mübarizəyə başlayacağı Çempionlar Liqasının, "Sabah"la "Sumqayıt"ın çıxışına start verəcəyi Konfrans Liqasının II təsnifat mərhələrinin püşkatma mərasimləri də sabah baş tutacaq. Ağdam klubundan beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Ağayev, “Sabah”la “Sumqayıt”dan isə prezidentiləri - müvafiq olaraq Maqsud Adıgözəlovla Riad Rəfiyev İsveçrəyə yollanır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC