"Almaniyada oynamaq böyük məsuliyyətdi və burda Türkiyə bayrağını qürurlandırmalıyıq" - Montella

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella AVRO-2024-ün qrup mərhələsinin ilk turunda Gürcüstan yığmaısyla oyun öncəsi mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis Almaniyada oynadıqlarındam və orda əsasən türk azarkeşlərin olmasının böyük məsuliyyət olduğunu vurğulayıb: "Türkiyə bayrağını qürurlandırmalıyıq. Bəzən bəzi futbolçuların millidə oynaması vaxt apara bilər. Daha çox mövqelərdə oynaya biləcək futbolçularımız var. Bizi təəssüfləndirən şanssız zədələr oldu ki, bu da futbolda ola biləcək durumdu. Ferdi və Zeki kimi iki önəmli oyunçumuz var. Çox güman ki, sağalacaqlar. Amma bu oyunçuları ilk matçda riskə atmaq istəmirəm. Komanda ilə məşqə başlayıblar və 100 faiz hazır olanda oynayacaqlar". 

Montellanın fikrincə, bəziləri komandalarında yüzdə 50 faiz oynayaraq turnirə gəliblər: "Bəziləri tam hazır deyil. Hər oyunçunun fiziki gücü bir-birindən fərqlidi. Türkiyədə yaşamış biri kimi, qərarlılıq çox önəmlidir. Yeganə məqsədimiz qalib gəlmək və yaxşı oynamaqdı. Qrupdan çıxmaq tarixi bir hadisə olardı".

Xatırladaq ki, Türkiyə - Gürcüstan matçı bu gün Bakı vaxtilə saat 17:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC