"Türkiyə yığması da ciddi təzyiq altındadı, onların güclü tərəflərini saladasaq..." - Sanyol

“Bu, turnirdə ilk matçımızdı. O, həm də Türkiyə üçün birincidi. Ona görə də düşünürəm ki, rəqibimiz də ciddi təzyiq altındadı. Türkiyənin güclü tərəflərini sadalasaq, çox vaxt aparacaq. Bizi güclü qarşıdurma gözləyir”.

Presssport.az xəbər verir ki, bu sözləri Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol deyib. 

Bu gün Türkiyəyə qarşı AVRO-2024-də keçiriləcək oyunla bağlı təşkil edilən mətbuat konfransında fransalı mütəxəssis artıq futbolçuların turnirə hazır olduqlarını deyib:

“Təsdiq edə bilərəm ki, nizam-intizam və işə düzgün münasibətlə bağlı heç bir problemimiz yoxdu. Pley-offda uğur qazanandan sonra bəzi oyunçular öz işinə qayıtmaqda bir az çətinlik çəkdilər. Axı, onlar nağıla bənzər bir mənəvi yüksəliş yaşadı. Ancaq bir nöqtədə yerə qayıtmalı və mümkün qədər yenidən oyunlara köklənməlisiniz”.

Xatırladaq ki, Türkiyə - Gürcüstan matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC