Türkiyə I Liqasında ən dəyərli azərbaycanlı futbolçunun adı bəlli oldu

Almaniyanın tanınmış “Transfermarkt” portalı Türkiyə I Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib.

Presssport.az xəbər verir ki, hazırda bu çempionatın ən dəyərli azərbaycanlı futbolçusu millimizin və “Kocaelispor”un hücumçusu Ramil Şeydayevdi. Belə ki, onun hazırkı qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq Şeydayevin transfer dəyərində 200 min avro azalma müşahidə edilib.

Millimizin digər üzvü, "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalaraq 650 min avro kimi (təxminən 1,18 milyon manat) qiymətləndirilir. “Boluspor”un yarımmüdafiəçisi Vüsal İsgəndərli və “Manisa”nın müdafiəçi Sərtan Taşkının dəyəri isə 250 min avrodu (təxminən 455 min manat).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC