Jiru Fransa millisinin ən "qoca"sı oldu

Olivye Jiru Fransa millisinin tarixinə düşüb.

Presssport.az xəbər verir ki, hücumçu bu yığmanın heyətində Avropa çempionatlarında forma geymiş ən yaşlı futbolçu olub. 

Belə ki, dünən Jiru 37 yaş 261 günlüyündə AVRO-2024-ün ilk turu çərçivəsində Avstriyayla oyunun 90-cı dəqiqəsində meydana çıxıb. Bununla da Jiru 37 yaş 75 günlüyündə AVRO-2020-də forma geymiş qapıçı Bernand Lamanın rekordunu yeniləyib. 

Bu sıralamada 3-cü yeri AVRO-2008-də 36 yaş 164 günlüyündə meydana çıxmış müdafiəçi Lilian Türam tutur.

Xatırladaq ki, Olivye Fransa millisinin heyətində 134 matçda forma geyinərək 57 qolla bombardiridi.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC