“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç UEFA-nın AVRO-2024 zamanı Rusiya bayrağına qadağa qoyulmasına münasibət bildirib.
Presssport.az xəbər verir ki, uzun illər Rusiyada çalışmış 56 yaşlı monteneqrolu mütəxəssis bu qərarın onun üçün gözlənilməz olmadığını söyləyib: “Almaniyada Avropa çempionatının oyunları zamanı Rusiya bayrağının qadağan edilməsi məni təəccübləndirmədi. Almanlar necə nasist idilərsə, elə də qalıblar. Tarix kitablarını oxuyun və özünüz nəticə çıxardın ki, necə ölkə və insanlardan söhbət gedir”.
Xatırladaq ki,Serbiya - İngiltərə oyunu zamanı stadionda Rusiya bayraqları olsa da, Rumıniya - Ukrayna oyunundan əvvəl onlarla bağlı qadağa xəbəri yayılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC