“BRİCS Sports Games Kazan 2024”də çıxış edəcək boksçularımız müəyyənləşib

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının Tatarıstanın paytaxtı Kazanda keçirilən “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman yarışında mübarizə aparacağı heyəti müəyyənləşib.

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə komanda tam heyətlə mübarizə aparacaq.

Məşqçilər korpusu "BRİCS Sports Games Kazan 2024”də Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Ümid Rüstəmov (57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Cavid Çələbiyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Fəqan Məmmədov (80 kq), Seyid Seyidov (86 kq), Vətən Hüseynli (92 kq) və Yohannes Nuriyevə (+92 kq) şans verəcək.

Qeyd edək ki, “BRİCS Sports Games Kazan 2024”də boks yarışları iyunun 19-22-də keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC